40 qadını zorlayıb, 10 nəfəri öldürən qatilin edamdan əvvəlki son sözü açıqlandı - FOTO

40 qadını zorlayıb, 10 nəfəri öldürən qatilin edamdan əvvəlki son sözü açıqlandı - FOTO

Silsilə cinayətlər törədən qatilin edam olunmazdan əvvəl dediyi söz mətbuata açıqlanıb.

7News.Az Mirror-a istinadla xəbər verir ki, ABŞ-ın Florida ştatında ölüm hökmü ilə cəzalandırılan Bobi Co Lonqun (Bobby Joe Long) axırıncı sözü "yox" olub.

10 nəfəri öldürüb, 40-dan çox qadını zorlayan Bobi Co hakimin "edamdan əvvəl nəsə söyləmək istəyirsən?" sualına "yox" deyə cavab verib.

O, dünən axşam saat 7-ə 10 dəqiqə qalmış Florida dövlət həbsxanasında ölümcül iynə ilə edam olunub. Onun edamı zamanı yanında media nümayəndələri istisna olmaqla, 25 nəfər olub.

 

7News.Az Bobi Co və onun qurbanlarından bir neçəsinin fotolarını təqdim edir:

7News.Az

Xəbər lenti