46 yaşlı kişinin yediyi hər şey bədənində spirtə çevrilirmiş - Qeyri-adi xəstəlik - FOTO

46 yaşlı kişinin yediyi hər şey bədənində spirtə çevrilirmiş - Qeyri-adi xəstəlik - FOTO

ABŞ-da yaşayan 46 yaşlı kişinin bədəninin pivə "istehsal" etdiyi məlum olub.

7News.Az xarici mətbuata istinadla xəbər verir ki, Şimali Karolinada yaşayan 46 yaşlı kişinin bağırsaqları özü-özünə pivə hazırlayırmış.

Kişinin qəribə xəstəliyi polis tərəfindən saxlanılarkən məlum olub. Belə ki, polislər onun sərxoş olduğunu iddia edərək, alkoqolu ölçən cihaza üfürməsini tələb ediblər. Kişi üflədikdə cihazın ölçü şkalası 10-u göstərib.

O, dəfələrlə spirtli içki içmədiyini söyləsə də, polislər ona inanmayıb və kişini sərxoş halda avtomobil idarə etdiyinə görə həbs ediblər.

Bir neçə analizdən sonra kişinin nadir görünən ABS sindromundan (Auto-brewery syndrome) əziyyət çəkdiyi aşkarlanıb. Belə ki, onun bağırsaqlarında yaranan zəhərli göbələklərin karbohidratları spirtə çevirirmiş.

 

Riçmond Universitetinin gastroenteroloqu Dr. Fərhad Malikin dediyinə görə, bir müddət əvvəl müalicə olunan kişi əvvəlki həyat tərzinə qayıdıb.

 


7News.Az

Xəbər lenti