5-ci mərtəbədən yerə atılan 15 yaşlı şagirdin anası FƏRYAD ETDİ: "Oğlumun qatilini tapın"

5-ci mərtəbədən yerə atılan 15 yaşlı şagirdin anası FƏRYAD ETDİ:
Azərbaycanda 15 yaşlı oğlanı yataq örtüsünə büküb 5-ci mərtəbədən atdılar. 

7News.Az xəbər verir ki, bunu Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verlişinə müraciət edən Yasəmən bilidirib. 

O, bildirib ki, iyunun 19-u oğlum yataq örtüsünə büküb 5-ci mərtəbədən yerə atıblar: "Həmin vaxt mən və həyat yoldaşım işdə olmuşuq. Evdə iki oğlum olub. Mən xəstəxanaya çatanda oğlum artıq ölmüşdü. Balamın 15 yaşı var idi. Oğlumun yıxıldığına inanmıram. Kimsə evimizə girib onu pencərədən aşağı atıb. Oğlum çox ağıllı və tərbiyyəli uşaq idi. Dərslərini yaxşı oxuyurdu. Bütün müəllimlər ondan razı idi. O biri oğlum aşağı düşəndə bu yatılı olub. Hadisə gecə saat 10-da baş verib. Oğlumu yataq örtüsünə büküb aşağı atıblar. Görüblər ki, bizim eyvanda səs-küy olub. Təcili yardımda oğlum sağ olub. Oğlumun telefonu zəng çalıb. Müstəntiq oğlumun nömrəsini vermir. Bizə başqa nömrə verir. Heç birimizdə bu məsələyə görə ifadə verməmişik. Hadisə baş verən an qonşumuz evimizə girib görüb ki, işıqlar sönülü olub, qapılar isə açıq qoyulub. Sizə yalvarıram oğlumu öldürəni tapın". 

5-ci mərtəbədən yerə atılan 15 yaşlı şagirdin anası FƏRYAD ETDİ:
5-ci mərtəbədən yerə atılan 15 yaşlı şagirdin anası FƏRYAD ETDİ:
5-ci mərtəbədən yerə atılan 15 yaşlı şagirdin anası FƏRYAD ETDİ:
 
 

7News.Az

Xəbər lenti