5 rayon qaytarılır və... - Sarkisyan, Koçaryan, Zatulin Xankəndidə HƏRƏKƏTƏ KEÇDİ

5 rayon qaytarılır və... - Sarkisyan, Koçaryan, Zatulin Xankəndidə HƏRƏKƏTƏ KEÇDİ
Rusiya Serj Sarkisyan, Robert Koçaryan və "Lazarev klubu” vasitəsilə Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış separatçı rejimi Nikol Paşinyan hakimiyyətindən ayırmağa çalışır.

Bu barədə erməni şərhçi Akop Badalyan yazıb.

Badalyan keçmiş prezident Serj Sarkisyanın Xankəndinə getdiyini və separatçı rejimin "rəhbəri” Bako Saakyanla danışıqlar apardığı haqqında məlumatı xatırladaraq yazır ki, məqsəd ərazilərin Rusiya ssenarisinə uyğun qaytarılmasıdır. Söhbət ilkin mərhələdə 5 rayonun qaytarılmasını nəzərdə tutan ssenaridən gedir.

Maraqlıdır ki, ermənipərəst mövqeyi ilə tanınan Konstantin Zatulinin yaratdığı "Lazarev klubu”nda da Moskvada keçirilən iclasında rayonların qaytarılması məsələsini müzakirə edilmişdi. Hərçənd, Zatulin həmin iclasa Qarabağ separatçılarının "nümayəndəsi”ni də dəvət etmişdi və bu, dəvət separatçılara dəstək mənzərəsini yaradırdı. Lakin iclasda ərazilərin qaytarılması məsələsinin müzakirəsi Rusiyanın prosesi Nikol Paşinyanla deyil, "Qarabağ klanı”nın uzantısı olan separatçılarla həll etməyə alışdığı versiyasını yaratdı. Badalyan bu ssenarini "Qarabağ tələsi” olaraq təqdim edir.

Görünür, ruslar münaqişənin öz ssenariləri üzrə həllinə çalışırlar və bunun üçün separatçılarla Paşinyan hakimiyyəti arasındakı uçurumdan istifadə edirlər. Çünki Paşinyan danışıqların tormozlanması ilə nəticələnəcək "format dəyişikliyi” tezisini irəli sürür, bu rusların münaqişəni həll etmək planlarını təxirə salır. Ruslar da məhz Xankəndidəki separatçılardan istifadə edərək, Paşinyanı həll variantına razılaşmaq faktı qarşısında qoymaq istəyirlər./publika

7News.Az

Xəbər lenti