Bakıda bomba həyəcanı

Bakıda bomba həyəcanı

Dünən axşam saatlarında Heydər Əliyev prospektinin əsas yolunda avtomobillərin hərəkəti dayandırılıb.

7news.Az AzNews.az-a istinadən xəbər verir ki, hərəkətin dayandırılmasına səbəb bomba həyəcanı olub.

Belə ki, naməlum şəxs polisə zəng edərək prospektdəki körpüyə bomba qoyulduğu məlumatını verib.

Bu səbəbdən də əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, təcili yardım maşınları və polislər təhkim olunub.

Bir saatlıq axtarışın nəticəsində ərazidən heç nə tapılmayıb. Daha sonra avtomobillərin gediş-gəlişinə icazə verilib.

7news.Az

 

 

Xəbər lenti