61 yaşlı müəllim qız şagirdinə sinifdə TƏCAVÜZ ETDİ - Əlini sinəmə sürtürdü - FOTO

61 yaşlı müəllim qız şagirdinə sinifdə TƏCAVÜZ ETDİ - Əlini sinəmə sürtürdü - FOTO

Türkiyənin Konya şəhərində 2 il öncə 6-cı sinifdə oxuyan 9 qız şagirdini öpdüyü, onlara qarşı intim xarakterli hərəkətlər etdiyi iddiasıyla saxlanılan 3 uşaq atası olan Riyaziyyat müəllimi Orxan A. -ya (61) hökm oxunub.

7News.Az Milliyet-ə istinadən xəbər verir ki, Riyaziyyat müəllimi 23 il 6 ay azadlıqdan məhrum edilib.

Orxan A. məhkəmə prosesinda müdafiə çıxışı zamanı "Bunları pis niyyətlə etmədim. Mən olayın bu həddə gəlib çıxacağını bilməzdim. Yanlış anlaşılacağımı düşünməmişdim" deyib.

İfadələri alınan 9 qız şagirddən biri "Dərsdə qucaqlayıb, öpürdü. "Çox şirinsən" deyirdi. Bu davranışlarını bir ata-övlad münasibəti kimi qəbul edirdik. Sonra elə olmadığını anladım" deyib. Bir başqa qız şagird müəllimin oğlan şagirdləri ilə pis, qızlarla yaxşı münasibətdə olduğunu idda edərək ''Əlini çiynimə atıb sinəmə sürtürdü" ifadəsini işlədib.

 

Təcavüzə məruz qaldığını deyən qız şagirdlərdən biri isə "Səbəb olmadan məni qucaqlayıb "Səni sevirəm" dediyini, tez-tez əli ilə mənə təcavüz etdiyini deyə bilərəm. Məni 200- 300 dəfə öpüb. Başqa sinif yoldaşlarımızı da öpərkən gördüm" deyib.

7News.Az

Xəbər lenti