Azərbaycan əhalisinin sayı

Azərbaycan əhalisinin sayı

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 33 600 nəfər və ya 0,3% artaraq 2016-cı il may ayının 1-i vəziyyətinə 9 milyon 739 min 200 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub.

Ölkə əhalisinin ümumi sayından 53,1%-i şəhər, 46,9%-i kənd sakinlərinin, 49,8%-i kişilərin, 50,2%-i isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-aprel ayları ərzində ölkədə 52,7 min doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,6 təşkil edib. Doğulan körpələrin 53,1%-i oğlan, 46,9%-i isə qız uşaqlarından ibarət olub. Körpələrin 902-si əkiz, 24-ü isə üçəm doğulub./apa

7News.Az

Xəbər lenti