78 yaşlı qadını avtobus vurub öldürdü

78 yaşlı qadını avtobus vurub öldürdü

Abşeron rayonunda marşurut 78 yaşlı qadını vurub.

7News.Az xəbər verir ki, hadisə Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində baş verib.

Belə ki, 1975-ci il təvəllüdlü Məlikov Yalçın Əliağa oğlu ayın 3-ü saat 12 radələrində Hökməli qəsəbəsi - "Memar Əcəmi” metrostansiyası marşurut xətti ilə hərəkət edən sərnişin avtobusu ilə qəsəbənin sonuncu dayanacaq istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1941-ci il təvəllüdlü Məmmədova Gülcahan Qabil qızını vurub.

Hadisə nəticəsində qadın müxtəlif bədən xəsarətləri alıb. Qadın sürücü tərəfindən xəstəxanaya aparılarkən yolda ölüb.

Hüquq-mühafizə orqanları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı cinayət işi başlanıb.

7News.Az

Xəbər lenti