9 uşaq atasının cəsədi tapıldı: Belinə 25 kiloqram ağırlığında daş bağlanıbmış... - FOTO

9 uşaq atasının cəsədi tapıldı: Belinə 25 kiloqram ağırlığında daş bağlanıbmış... - FOTO
Adıyamanda 8 gündür itkin düşən 9 uşaq atasının cəsədi göldən çıxarılıb. 

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 59 yaşlı Osman Doğan 8 gün öncə anidən itkin düşüb. 

Ailəsi tərəfindən axtarılan kişinin meyiti Horik məhəlləsində yerləşən göldən tapılıb. 

Osman Doğanın meyiti çıxarılan zaman onun belində içərisində 20-25 kiloqram ağırlığında daşlar olan torba olub. 

9 uşaq atası olan Osman Doğanın meyiti ekspertiza üçün morqa aparılıb. 

Hadisə ilə bağlı cinayət işi açılıb. 

Osman Doğanın intihar etdiyi və ya öldürülməsi istiqamətində araşdırmalar davam edir. 
7News.Az

Xəbər lenti