9 yaşlı uşaq beş insanın qətlində ittiham olunur - ABŞ-da

9 yaşlı uşaq beş insanın qətlində ittiham olunur - ABŞ-da
ABŞ-ın İllinoys ştatında yaşayan 9 yaşlı uşaq beş nəfərin qətlində və üç yanğın hadisəsini törətməkdə ittiham olunur.

7News.Az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə "Peoria Journal Star" nəşri yazır.

Ştat prokuroru Qreq Minger jurnalistlərə müsahibəsində uşağa qarşı ittiham qərarı çıxarmağın onun üçün asan olmadığını bildirib. Eyni zamanda o, törədilən cinayətin ən ciddi cinayətlərdən olduğunu qeyd edib.

İstintaq materiallarına əsasən, cari ilin aprelində uşaq daşınan evi qəsdən yandırıb. Nəticədə iki böyük və üç uşaq həlak olub, evdə olan daha iki nəfəri xilas etmək mümkün olub.

Oğlan uşağı cinayət törətməkdə təqsirkar bilinsə, barəsində 5 illik sınaq müddəti təyin olunacaq. Prokurorun sözlərinə əsasən, bu yaşda şəxsə qarşı başqa cür qərar çıxarmaq mümkün deyil.

7News.Az

Xəbər lenti