95-ci mərtəbəyə heç bir təhlükəsizlik tədbiri görmədən qalxan gənc hər kəsi ŞOK ETDİ

95-ci mərtəbəyə heç bir təhlükəsizlik tədbiri görmədən qalxan gənc hər kəsi ŞOK ETDİ
310 metr yüksəkliyi olan göydələnə heç bir təhlükəsizlik tədbiri almadan dırmanan adam hər kəsi şoka salıb.

7News.Az xəbər verir ki, Londonda adrenalin həvəskarı bir şəxs şəhərin ən yüksək binası sayılan "Shard" göydələninə dırmanmağa başlayıb. Küçədən keçən vətəndaşlar 95 mərtəbəli binaya heç bir vasitədən istifadə etmədən dırmanan gənci görəndə həyəcan keçiriblər. 

Polisə xəbər verən vətəndaşlar, həmin şəxsin video və fotolarını çəkməyə başlayıb. Yalın ayaqla dırmanmaqda çətinlik çəkməyən şəxs sonra binanın damına çatıb və oradan binaya daxil olub.

Polis həmin şəxsə xəbərdarlıq edib və o sərbəst buraxılıb. 

Həmin videonu təqdim edirik: 

 
 

7News.Az

Xəbər lenti