RU
lombard
Ağacabədidən Bakıya narkotik gətirən şəxs 8 il cəza alıb
12:10
349

Ağacabədidən Bakıya narkotik gətirən şəxs 8 il cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Ağacabədi rayon sakini Elçin Əliyevin CM-nin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama ) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

7news.az xəbər verir ki, bu il iyulun 10-da Xətai RPİ-nin əməkdaşları daxil olan əməliyyat məlumat əsasında əvvəllər məhkum olunmuş Elçin Əliyevə məxsus çantaya baxış keçirərkən 19 kq 360 qram marixuana aşkar ediblər. Dindirmə zamanı, saxlanılan şəxs çətənə bitkisini tanışları ilə birgə Oğuz rayonu ərazisində yığdığını bildirib, sonra isə Akif adlı tanışı ona narkotik tərkibli bitkini qurudaraq Bakıya gətirməyi deyib. Həmin şəxs gətirilən "mal"a müştəri axtaran ərəfədə polislər yaxınlaşaraq, ona məxsus çantalara baxmaq istədiyini bildiriblər və beləliklə də, o tutulub.

Məhkəmə prosesində E.Əliyev ittiham üzrə özünü qismən təqsirli hesab edib

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ