ABŞ-da “Son zəng” atışması: ölənlər var - VİDEO

ABŞ-da “Son zəng” atışması: ölənlər var - VİDEO

ABŞ-ın Filadelfiya şəhərində orta məktəb məzunlarının buraxılış gecəsində atışma baş verib.

NBC News-un verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb.

Silahlı hücumu həyata keçirən şəxsin hadisə yerindən qaçdığı bildirilir. Hazırda polis cinayətkarı axtarır.

İnsidentin motivləri hələ bəlli deyil. Yerli polisin verdiyi məlumata görə, silahlı hücumun qeydə alındığı şənlikdə 60-a yaxın insan iştirak edib.

 

 

7News.Az

Xəbər lenti