Ailə faciəsi: Həyat yoldaşını və bir yaşlı oğlunu güllələdi - foto

Ailə faciəsi: Həyat yoldaşını və bir yaşlı oğlunu güllələdi - foto
Bingöldə 31 yaşlı mühafizəçi 24 yaşlı həyat yoldaşını və 1 yaşlı oğlunu güllələyib. 

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı Ömer.D mübahisə etdiyi 24 yaşlı həyat yoldaşı Songülü və 3 övladlarını güllələyib. Daha sonra Ömər.D isə polis bölməsinə gedərək könüllü təslim olub. 

Ömer.D-nın həyat yoldaşı Songül, 1 yaşlı oğlu Efekan hadisə yerində keçinib. 

3 yaşlı Fatih və 6 yaşlı Yusif ağır yaralanıb. 

Güllə səsini eşidən qonşular polisə və təcili tibbi yardıma xəbər veriblər. 

Yaralı uşaqlar dərhal xəstəxanaya qaldırılıb. 

Hadisə ilə bağlı cinayət işi açılıb. 
 
Ailə faciəsi: Həyat yoldaşını və bir yaşlı oğlunu güllələdi - foto

7News.Az

Xəbər lenti