Ailəsi iki cinsiyyətli Tamaradan İMTİNA ETDİ: "Oğlan olsan evə gəlmə..." - VİDEO

Ailəsi iki cinsiyyətli Tamaradan İMTİNA ETDİ:
Xəbər verdiyimiz kimi, iki cinsiyyəti olan Tamara adlı qadın əməliyyat olmaq üçün Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə müraciət edib. 

7News.Az xəbər verir ki, verilişdə Tamara bildirib ki, iki cinsiyyəti olduğu üçün ailəsi ondan üz döndərib:

"Ailəm və qohumlarım məndən imtina edib. Bacım Arzu mənə bildirdi ki, sən oğlan olsan evə gəlmə. Mənim evdə qızım var. Canım ağrıyanda heç kim mənim yanımda olmadı. Ancaq Sevda bacım hər zaman mənim yanımdadır. Ağrılara dözə bilmirəm. Hamı məni qınayır. Dözə bilmirəm. Vəziyyətimə görə çox utanıram".


 

7News.Az

Xəbər lenti