RU
lombard
“Amnesty İnternational Netherlands” təşkilatının rəhbəri ifşa olundu
14:04
872

“Amnesty İnternational Netherlands” təşkilatının rəhbəri ifşa olundu

Azərbaycanın müstəqillik əldə etdiyi ilk illərdən beynəlxalq təşkilat və qurumlarla, siyasi institutlarla bərabərhüquqlu əsaslarla əməkdaşlıq edir. Hər ötən il bu əməkdaşlıqda yeni-yeni mərhələlər açılır, imkanlar ortaya çıxır. Ancaq təssüflər olsun ki, bəzi beynəlxalq təşkilat və qurumlar heç də hər zaman Azərbaycanla bərabərhüquqlu əməkdaşlığa maraq göstərmir, bizimlə şərt, təzyiq dilində danışmağa çalışır. Müntəzəm olaraq bəzi beynəlxalq təşkilat və qurumlar tərəfindən ölkəmizə qarşı əsassız iddialar səslənir, qərəzli hesabatlar hazırlanır. Ancaq bunun qarşılığı olaraq Azərbaycan müstəqillik əldə etdiyi 20 ildən artıq bir müddət ərzində Qərb, Avropa təsisatları ilə uğurlu əməkdaşlıq edib, müxtəlif sahələr üzrə beynəlxalq təcrübəni öyrənərək onu qanunvericilikdə tətbiq edib. Azərbaycanda milli və hüquqi qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində də məqsədyönlü işlər görülüb. Ancaq təssüflər olsun ki, bəzi beynəlxalq təşkilatlar radikal müxalifət kimi bütün bu müsbət nailiyyətləri görməməzlikdən gəlir, əvəzində əsassız yerə hansısa qüsur, nöqsan axtarmağa çalışırlar. Bu gün adlarını  beynəlxalq və insan haqları qoyan bəzi təşkilatlar ölkəmizə qarşı ikiüzlü və məkrli siyasət aparırlar. Bir dəfə olsun ki, Ermənistanın Qarabağı işğal etdiyi üçün sərt tənqid etmirlər. Amma,bir iki nəfərə görə, az qala dünyanı ayağa qaldırırlar. 1 milyonda çox insanın qaçqın yaşamasına heç bir reaksiya vermirlər və özlərini görməzliyə vururlar. Bu, bir daha onların mahiyyətini ortaya qoyur. Onlara güclü Azərbaycan lazım deyil. Çünki Yaxın və Orta Şərqdə yaratdıqları vəziyyət göz önündədir

Belə olan təqdirdə biz 7News.az olaraq bəzi beynəlxalq qurumların iç üzünü açmaq, onları ifşa etməyi qarşımıza məqsəd qoymuşuq.

Ölkəmizə qarşı qərəzli mövqeyi ilə tanınan Niderland Krallığında fəaliyyət göstərən “Amnesty İnternational Netherlands” təşkilatı son zamanlar yerli kütləvi informasiya vasitələrində kəskin şəkildə tənqid olunurlar. Niderlandda sosial şəbəkə istifadəçiləri tərəfindən aparılmış araşdırma nəticəsində təşkilatın rəhbəri Eduard Nazarskinin bir sıra qanuna zidd əməlləri ortaya çıxmışdır. Məlum olmuşdur ki, onun illik maaşı 130 min avroya yaxındır. Bu məbləğ ianə verən hollandiyalıların cibindən ödənilir. Bundan əlavə “Amnesty İnternational Netherlands” təşkilatının təşkil etdiyi xeyriyyə aksiyalarından əldə edilən vəsaitin yarısından çoxu Eduard Nazarski tərəfindən mənimsənilir, maliyyə fırıldaqçılığına yol verilir. Həmçinin, Eduard Nazarski insan haqları məsələsindən istifadə etməklə, əslində şəxsi mənafeyini hər şeydən üstün tutur.

Ümumiyyətlə bu və ya bu kimi təşkilatlar tam şəkildə karrupsiyalaşaraq siyasi sifarişlər yerinə yetirməklə ayaqda durmağa çalışırlar. Dünya ölkələri bu kimi təşkilatların hazırladığı hesabatlara ciddi yanaşmaması əslində onların yaxın gələcəkdə məhv olması ilə nəticələnəcək.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ