Ana 2 ay fərqlə dünyaya uşaq gətirdi – Görünməmiş fakt

Ana 2 ay fərqlə dünyaya uşaq gətirdi – Görünməmiş fakt
Ural perinatal mərkəzində görünməmiş hadisə qeydə alınıb.

7News.Az teleqraf.com-a istinadən xəbər verir ki, Liliya Konovalova adlı qadın iki aylıq fərqlə iki körpə dünyaya gətirib.

Mayın 24-də təbii doğum edən qadının qız övladı 850 qram çəkidə doğulub və həkimlərin səyi nəticəsində reanimasiyadan çıxarılıb. Qadın bundan sonra bərpa dövrü keçirib. Avqustun 9-da isə qeysəriyyə əməliyyatı ilə 2900 kq çəki ilə oğlu dünyaya gəlib.

Ərazi üzrə pediatr-neonatoloq Nurgül Cunusova ana və körpələrin vəziyyətinin qənaətbəxş olduğu bildirib.

Liliya Konovalova bundan başqa 7 yaşlı bir qızının da olduğunu deyib: "Anatomik xüsusiyyətim barədə bilirdim, amma heç vaxt ona əhəmiyyət vermirdim. Mayın 23-dən perinatal mərkəzdəyəm”.

Qeyd edək ki, Qazaxıstanda bu hal ilk dəfə qeydə alınır.
 
 

7News.Az

Xəbər lenti