"Anam narkotikdən sonra "canavar"a çevrilirdi"

Hollivud ulduzu Demi Murun qızı Tallula Uillis anası haqqından dəhşətli açıqlamalar verib.

7News.Az axşam.az-a istinadən bildirir ki, anasının bir zamanlar narkotik maddə aludəçisi olduğunu söyləyən gənc qız həmin vaxtları ürək ağrısı ilə xatırlayıb.

"Anam narkotikdən istifadə edəndə sanki "canavar"a çevrilirdi. Xatırlayıram, onun göz bəbəkləri qaçırdı, rabitəsiz cümlələr deyirdi, bizimlə çox qəddar davranırdı. Bu, çox dəhşətli idi. Həmin vaxtlar mən onunla uşaq kimi danşırdım. Sakitləşdirməyə çalışırdım" deyə, 25 yaşlı Tallula bildirib. Aktrisanın digər qızı 31 yaşlı Rumer Uills də bacısının sözlərini təsdiqləyib.

Sənətçi özü də kitabında həmin dövrlərdən bəhs edib. O, keçmiş əri Eşton Kutçerin xəyanətindən sonra narkotə qurşandığını etiraf edib.

 

"Övladlarım bir il boyunca mənimlə danışmadılar. Keçmiş ərim Brüs Uills də dost münasibətlərimizi saxlamağımıza baxmayaraq, həmin müddətdə mənimlə əlaqəsini kəsmişdi", - o bildirib.

7News.Az

Xəbər lenti