RU
lombard
Ankarada terror əleyhinə yürüş keçirildi
23:29
566

Ankarada terror əleyhinə yürüş keçirildi

“Şəhidlər ölməz, Vətən bölünməz”.

Bu gün Türkiyənin paytaxtı Ankara şəhərində terror aktlarına etiraz olaraq izdihamlı yürüş keçirilib.

Həmkarlar ittifaqı və qeyr-hökümət təşkilatları tərəfindən təşkil edilən yürüş Sıhhiyə meydanından başlayıb və Ulus rayonunda mitinqlə bitib.

Siyasi partiyalar aksiyaya dəvət edilməyib. Yürüş zamanı plakatlar deyil, yalnız türk bayraqları olub.

Mitinqdə “Terrora yox, qardaşlığa hə” və “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səslənib.

Yürüşçülərin qolları üstündə qaldırdıqları 1500 metr uzunluğunda və 7 metr enində Türkiyənin dövlət bayrağına vətəndaşlar tərəfindən böyük bir sayğı göstərilib./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ