Sabah da yağış yağacaq

Sabah da yağış yağacaq

Güclü şimal-qərb küləyi əsəcək.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturunun gecə 19-22° isti, gündüz  24-27° isti olacağı gözlənilir. Bakıda gecə 19-21° isti, gündüz 24-26° isti olacaq. 

Atmosfer təzyiqi 755  mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz  60-70 % təşkil edəcək.               

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 19-20°, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21°, Türkan, Hövsan, Sahil, Şıxda 22-23° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 25-30° isti,  dağlarda gecə 8-13° isti, gündüz 14-19° isti olacaq. 

7News.Az

 

Xəbər lenti