lombard

Arağı yerə tökdü, xəbərdarlıq edənin boğazını kəsdi

Arağı yerə tökdü, xəbərdarlıq edənin boğazını kəsdi

Rusiyanın Kemerovo vilayətinin Kuzbas bölgəsində bir kişi birlikdə içki işdiyi şəxsin boğazını kəsib.

Sibdepo.ru-nun xəbərinə görə, 50 yaşlı kişi ilə içki içdiyi tanışı arasında mübahisə baş verib.

Belə ki, həmin şəxs spirtli içkini gah içib, gah yerə töküb. Bu zaman içki yoldaşı ona bununla bağlı xəbərdarlıq edib. Bundan qəzəblənən 50 yaşlı kişi qırıq şüşə ilə ona xəbərdarlıq edənin boğazını kəsib.

Onların yanında olan tanışlarından biri yaralını xəstəxanaya çatdırıb.

Hadisəni törədən şəxs saxlanılıb, onun barəsində cinayət işi başlanılıb.

Həmin şəxsin əvvəl də "insan öldürməyə cəhd” maddəsi ilə həbs edildiyi bildirilib.

7News.Az

Xəbər lenti