Arif Hacılı özünə altı müavin təyin etdi

Arif Hacılı özünə altı müavin təyin etdi

Ötən gün Müsavat Partiyası Məclisinin növbəti sessiyası keçirilib. İclasın təşkilati məsələlər bölümündə gizli səsvermə yolu ilə Məclisin sədri və katibi müəyyənləşib. Həmçinin MNTK-da boş qalan yerlərə və Divana seçkilər keçirilib.

7News.Az xəbər verir ki, iclasda Müsavat başqanı Arif Hacılı partiyanın aparat rəhbəri və müavin vəzifələrinə təyin etdiyi şəxslərin adlarını açıqlayıb, Məclis üzvləri açıq səsvermə ilə bu təyinatları təsdiqləyib. 

Arif Hacılı bir həftə ərzində öz müşavirlərini də təyin edəcəyini bildirib.

Nüşabə Sadıqlı Məclisin sədri, Fəridə Ələsgərli isə Məclisin katibi seçilib.

Tamilla Axundova və Sadiq Abdullayev MNTK üzvü seçiliblər.

Divana üzv seçilənlər:

Almaz Əliqızı

Fəridə  Ələsgərli

Könül Alı

Nüşabə Sadıxlı

 Fərəc Kərimli

 Gülağa Aslanlı

 Hidayət İsmayıl

 Mustafa Hacıbəyli

 Nemət Kərimli

 Osman Kazımov

 Rafiq İsmayıl

 Razim Əmiraslanlı

 Səxavət Soltanlı

 Yusif Tağı

Gülağa Aslanlı – Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri;

Razim Əmiraslanlı – Müsavat başqanının təşkilat məsələləri üzrə müavini;

Fərəc Kərimli – Müsavat başqanının təbliğat məslələri üzrə müavini;

Nemət Kərimli – Müsavat başqanının hüquq siyasəti və ictimai əlaqələr üzrə müavini”

Osman Kazımov – Müsavat başqanının hüquq və insan haqları üzrə müavini;

Səxavət Soltanlı – Müsavat başqanının xarici siyasət məsələləri üzrə müavini.

7News.Az

Xəbər lenti