Arif Hacılının oğlu Orxan əsgəri xidmətə başladı - Foto

Arif Hacılının oğlu Orxan əsgəri xidmətə başladı - Foto

Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı bu gündən əsgəri xidmətə başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Müsavat başqanı özü sosial şəbəkədə məlumat paylaşıb: "Bu gündən oğlumuz Orxan Azərbaycan əsgəridir. Qürurluyam”, deyə, Arif Hacılı qısa bir statusla hisslərini ifadə edib.

Azərbaycan respublikasının qanunlarına görə, 18 yaşına çatmış hər bir vətəndaş üzürlü səbəblər və möhlət hüququ yoxdursa, silahlı qüvvələrdə xidmət etməlidir. Arif Hacıllnın oğlu Orxan indiyə qədər ölkə xaricində təhsil alırdı. Təhsilini və möhlət hüququnu bitirib, bugündən əsgərliyə yollandı. Media qrupumuz Orxana və bütün əsgərlərimizə uğurlar, evlərinə sağ -salamat dönmələrini arzu edir.

Musavat.com onu da qeyd edir ki, Azərbaycan respublikasının prezidenti İlham Əliyev başqda olmaqla, bütün dövlət məmurlarının, siyasi partiya və tanınmış funksionerlərin övladları ordu sıralarında vətənə əsgər kimi xidmət edib. Yeganə istisna AXCP sədri Əli Kərimlidir.

 


 

 

 


Xəbər lenti