"Arsenal" azarkeşləri Bakıda Mxitaryanın maykalarında gəzirlər - VİDEO

İngilis KİV-ində iki "Arsenal" azarkeşinin kürəklərində 7 nömrə və "Mxitaryan” yazılmış maykalarda Bakı bulvarında gəzdiklərini əks etdirən video yayılıb.

7News.Az Virtualaz.org-a istinadən xəbər verir ki, videodan görünür ki, Azərbaycan polisi əcnəbilərə yaxınlaşır və "Arsenal" azarkeşlərindən dayanmağı xahiş edir.

Ratsiya ilə harasa məlumat verəndən sonra asayiş keşikçisi qonaqlara bildirir ki, onlar öz yollarına davam edə bilərlər.

Bakı polisindən Britaniya nəşri The Sun-a bildiriblər ki, qanun keşikçiləri həmin azarkeşlərin təhlükəsizliyindən narahat olublar, çünki maykalarındakı yazı yerli sakinləri onlarla münaqişəyə çəkə bilər...

Britaniya nəşri yazır ki, "Ola bilsin, polislər azarkeşləri dayandıraraq onlara məhz bunu izah etmək istəyiblər”.

 

Xəbər lenti