"Arvadımı məndən aldığı üçün ona təşəkkür edirəm" - FOTO

Futbolçu meneceri Vanda Nara əri Maksi Lopesə Argentina millisindəki və "Sampdoriya"dakı komanda yoldaşı Mauro İkardi ilə xəyanət etməsindən illər ötsə də, bu məsələ hələ də müzakirə mövzusu olaraq qalır.

Vanda bu hadisədən sonra Lopesdən boşanaraq İkardi ilə evlənmişdi.

7News.Az fanat.az-a istinadən xəbər verir ki, bu günlərdə Argentinada yayımlanan "Club 947" adlı radioya açıqlamalar verən Maksi Lopes həmin hadisə ilə bağlı danışıb. İtaliyanın "Krotone" klubunda çıxış edən 35 yaşlı futbolçu "Evliliyim pozuldu, amma yenə də ata oldum. İkardini bağışlamışam. Onunla heç bir problemim yoxdu" deyib. 

Daha sonra Lopesin bu açıqlamasını bir "Instagram" səhifəsi paylaşıb. Futbolçu isə həmin paylaşıma "İkardini sadəcə bağışladım. Ona V..-nı məndən aldığı üçün təşəkkür edir" şərhini yazıb. 

 

 

7News.Az

Xəbər lenti