ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Bəyannamə imzalanıb

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Bəyannamə imzalanıb
BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində iyunun 24-də dövlət xidmətlərinin göstərilməsi üzrə ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb. ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasının təşəbbüskarı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir.
"Yeni Sabah” xəbər verir ki, sənədi Azərbaycan, Türkiyə, Mərakeş, Monteneqro, İndoneziya, Əfqanıstan, Uqanda və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri imzalayıblar.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev sənədin imzalanmasını yüksək qiymətləndirib. O bildirib ki, ASAN Beynəlxalq Assosiasiyasının yaradılması ilə tərəfdaşlar arasında dövlət xidmətlərinin göstərilməsi sahəsi üzrə nadir əməkdaşlığın qurulması, müvafiq sahədə səmərəli idarəetmə üzrə müasir çağırışları və vacib problemləri müzakirə etmək üçün ekspertlərin, mütəxəssislərin institusional şəbəkələşməsinin yaradılması nəzərdə tutulur.

Assosiasiyanın yaradılmasına dair Niyyət Bəyannaməsi çərçivəsində, həmçinin müvafiq sahə üzrə ən qabaqcıl təcrübələrin və ekspertizaların davamlı mübadiləsi üçün institusional platforma təsis olunacaq, dövlət xidmətlərinin göstərilməsində innovasiyaların tətbiqinin təşviqi həyata keçiriləcək.

Niyyət Bəyannaməsinin imzalanmasında iştirak edən tərəfdaş dövlətlərin nümayəndələri Dövlət Agentliyinə ASAN Beynəlxalq Assosiasiyasının təsis görüşünü təşkil etdiyinə görə minnətdarlıqlarını çatdırıb, bu təşəbbüsün əhəmiyyətini vurğulayıblar.
 
 


7News.Az

Xəbər lenti