Fransanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb

Fransanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb

Slovakiya ilə oyunu izləmək üçün Marseldən Lillə gedən ruiyalı azarkeşlərin olduğu avtobusu saxlanılıb.

Fransanın Rusiyadakı səfiri Jan-Moris Riper Marseldə rusiyalı futbol azarkeşlərinin saxlanılması ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, 7news.Az Report-a istinadən xəbər verir.

Xarici İşlər Nazirliyinin məlumatında vurğulanır ki, Avro-2016-da Rusiya yığması ətrafında mənfi əhval-ruhiyyənin gərginləşməsi Rusiya-Fransa münasibətlərinə pis təsir edə bilər.

Qeyd edək ki, iyunun 14-də Kann yaxınlığında fransız xüsusi təyinatlı dəstəsi Slovakiya ilə oyunu izləmək üçün Marseldən Lillə gedən ruiyalı azarkeşlərin olduğu avtobusu saxlayıb. Fransa tərəfinin yaydığı məlumata görə, avtobusda 43 nəfər olub.

7news.Az

Xəbər lenti