Ağstafada dörd 15 yaşlı qız hamilə qalıb? - DİN-dən açıqlama

Ağstafada dörd 15 yaşlı qız hamilə qalıb? - DİN-dən açıqlama

Ağstafa rayonunda 15 yaşlı dörd yeniyetmənin bir gündə hamiləlik diaqnozu ilə xəstəxanaya yerləşdirildiyinə dair xəbər yayılıb.

Məlumata görə, mayın 23-də rayon sakinləri olan dörd hamilə qız Ağstafa Rayon Mərkəzi Xəstəxanasına daxil olub. İddiaya görə, onların heç birinin hələ 18 yaşı tamam olmayıb.

DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə 7News.Az-a məsələ ilə bağlı açıqlama verib. 

Bildirib ki, hadisənin mahiyyəti təhrif olunub:

"Xəstəxanaya müraciət edən dörd hamilənin hər biri gənc xanımdır və daha çox yaşları var. Onların hər biri rəsmi nikah qurmuş şəxslərdir. Onlar hamiləlik dövrü keçirdikləri üçün rayon xəstəxanasına müraciət ediblər”.

DİN rəsmisi qeyd edib ki, bu məsələni yayanlar dəqiq məlumatı müvafiq dövlət qurumlarından, hüquq-mühafizə araşdırıb məsələnin mahiyyətini öyrənməyə çalışsaydılar, belə xoşagəlməz hal yaranmazdı:

"Bəziləri bunu təxtribat xarakterli dezinformasiya formasında təqdim edirlər ki, bu, yolverilməzdir. Söhbət, qeyd edildiyi kimi, heç də 14-15 yaşlı qızların deyil, hazırda ailə həyatı qurmuş, hamiləlik dövrü keçirən qadınların rayon xəstəxanasına müraciətindən gedə bilər. Qalan digər məsələlər əsassızdır və təxribat xarakterli dezinformasiyalardır”.

7News.Az

Xəbər lenti