Ata qızını qaçıran oğlanı xına mərasimində qanına qəltan etdi - VİDEO

Ata qızını qaçıran oğlanı xına mərasimində qanına qəltan etdi - VİDEO
O, kürəkənini qətlə yetirmək üçün planlar qurub

Türkiyənin Qaziantep şəhərində ata qızını qaçıran oğlanı xına məclisi günü qətlə yetririb.

7News.Az aznews.az-a istinadən xəbər verir ki, qızını bir neçə ay əvvəl Eser Efsane adlı oğlanla nişanlayan ata övladının qaçırılmasını həzm edə bilməyib. Belə ki, Eser Efsane nişanlısını evdən alış-veriş etmək bəhanəsi ilə çıxarıb. Lakin qızlarının evə gəlmədiyini görən ana və ata oğlandan qızlarını yerini soruşublar. O isə bilmədiyini söyləyib. Lakin bir müddət sonra hər şey ortaya çıxıb. M.G. adlı kişi özünü kürəkəninə razılaşmış kimi göstərərək xına mərasimi üçün hazırlıqlara başlayıb. Lakin o, Eser Efsaneni qətlə yetirmək üçün planlar qurub. Sonda xına gecəsi kürəkəninə çoxlu sayda bıçaq zərbəsi endirərək qətlə yetirib.


 

7News.Az

Xəbər lenti