"Atam içki içib butulka ilə məni döyürdü" - 21 yaşlı Nuranə tapıldı - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün Ədalət adlı şəxs evdən qaçan qızı 21 yaşlı Dadaşova Nuranəni axtardığı üçün "Bizimləsən"ə müraciət etmişdi. Aparıcı Zaur proqram vasitəsilə Nuranəyə müraciət edərək onu prqrama gəlməsini dəvət etmişdi. 

7News.Az xəbər verir ki, bu gün Nuranə Atv-nin efirinə qoşulub. Aparıcı Zaur Baxışəliyev bildirib ki, dünən atasından Nuranə haqda soruşarkən o bilmirəm deyə cavab verirdi. 

"Bu gün burada Nuranənin evdən qaçmasına qədər olan səbəblərdən danışacağıq. Mən dəfələrlə Ədalət bəydən Nuranə haqda soruşdum. O isə bilmirəm deyirdi. Bəs sən nəyi bilirsən? Bu qədər hirsli olmağımın səbəbi odur ki, övladın ailədən uzaq düşməsinin səbəbkarlarından biri atadır". 

Nuranə qolunu göstərək onu atasının içdiyi butulka ilə vuraraq bədənini göyərtdiyini bildirib: 



"Əgər atamdan efirə zəng gəlsə inanmayın. İnsan özünü təmizə çıxarmaq üçün hər şeyi deyər.O məni geri qaytarıb yenidən zülm vermək üçün deyər. Məni məcburən çox yaşlı bir insana ərə verirdilər. Hərə öz tayına gedər. Cavan cavana, qoca qocaya. Mənim istədiyim vardı, nişanlı olmuşam 3 ay. Sonra evli olduğunu bildim ayrıldıq. 3 ay keçməmiş məni var-dövləti hər şeyi olan yaşı 70-i keçmiş bir qocaya ərə vermək istəyirdilər. Mən o adamı istəmirdim, vallah. Evdə çox zülm gördüm. 

Mən o evə qayıtmayacam. Anam qardaşımı götürüb gəlsin, kirayədə qalaq. Özüm işləyəcəm. Məni geri qaytarsalar , intihar edəcəm. Son sözüm budur.

 
 

7News.Az

Xəbər lenti