Avtomobilini “AtaSığorta”-da sığortalayanlar! DİQQƏTLİ OLUN!

Avtomobilini “AtaSığorta”-da sığortalayanlar! DİQQƏTLİ OLUN!

Son bir neçə ayda 7news.az redaksiyasına ölkədə mövcud olan sığorta şirkətləri ilə bağlı narazılıqlarla müşaiyət olunan məktublar gəlməkdə davam edir.

Bugünlərdə redaksiyamıza daxil olan şikayətlərdən biri daha ciddi olduğundan dərc etmək qərarına gəldik. Belə ki, müştəri Rəsulov Füzuli Yusif oğlu Wolkswagen markalı avtomobilini bu ilin aprel ayının 14-də “AtaSığorta” ASC-də sığortalayıb. Sığortanın qəbz nömrəsi 104405-dir. Daha sonra Rəslov Füzuli avtomobilini satmaq qırarına gəlir. Notariusa müraciət edən tərəflər “AtaSığorta” ASC tərəfindən əsl surprizlə qarşılanıblar. Belə ki, notarius əməkdaşları bu avtomobilin sığortalanmadığını, bazada adının olmadığını deyiblər. Müştəri 2 ay öncə avtomobili “AtaSığorta” ASC-də sığortaladığını desə də heç bir nəticəyə nail ola bilməyib. Bundan dərhal sonra avtobilin sığortası ilə bağlı yenidən əlavə pul ödənilərək müqavilə bağlanılıb.

Müştəri aldanması, vəsaitinin mənimsənilməsi ilə bağlı “AtaSığorta” ASC-yə müraciət etmək istəsə də ordan gələn reaksiya isə daha acınacaqlı olub. Belə ki, “AtaSığorta” ASC-nin departament rəhbəri kimi təqdim edilən Samir adlı şəxs müştəriyə “Mənim başımı xarab eləmə, get nə istəyirsən elə” deməsi sözün bütün mənalarında ikrah hissi doğurur. Vətəndaşın tək istəyi ondan oğurlanan vəsaitin geri qaytarılması olub, bizim məqsədimiz isə növbəti qurbanların qarşısını almaqdan ibarətdir. Sığorta şirkətinin isə müştəriyə “get təzə sığortanı ləğv elə, pulunu geri al, biz səni yenidən sistemə salarıq” kimi təkliflərdə bulunmasının sadəcə olaraq bir adı var: BİABIRÇILIQ!

“AtaSığorta” ASC ilə bağlı səs yazısını və lazımı sənədləri növbəti yazımızda dərc edəcəyik.

 

7news.az

Xəbər lenti