RU
lombard
Avtomobillər hərəkətdə olan vaxt yol çökdü
15:25
419

Avtomobillər hərəkətdə olan vaxt yol çökdü

Hadisə Çinin Dziansi vilayətində baş verib

Xoşbəxtlikdən heç bir nəqliyyat vasitəsi təbiətin qazdığı bu quyuya düşmədi. Çinin Dziansi vilayətində baş verən hadisə ortaya dəhşətli görüntü çıxarıb. Baş verənlərdən xəbərsiz olan sürücülərin hansı təhlükədən sovuşduğu müşahidə kamerasından lentə alınıb.

Kadrlarda asfalt yolun çökmək üzrə olduğu öz əksini tapır. Yuxarıdan baxdıqda çökməni adi gözlə müşahidə etmək olar, hərəkətdə olan avtomobil və motosiklet sürücüləri isə yarğanın yaranmasını hiss edə bilməyib. Bir motosiklet çökməkdə olan yolun üstündən sərbəst keçib. Başqa bir avtomobil həmin yerdən keçəndə isə sürücü ölümü bir neçə saniyə qabaqlaya bilib.

Avtomobil keçdikdən dərhal sonra asfalt örtük parçalanaraq yarğana düşüb.

Digər sürücülər yolun çökdüyünü görərək avtomobillərini saxlaya biliblər.

Həmin yolda avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb./avtosfer

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ