“Ayaks” azarkeşi yatmış ingilisin başına oyun açdı

“Ayaks” azarkeşi yatmış ingilisin başına oyun açdı

Hollandiyanın "Ayaks” komandasının azarkeşi İngiltərənin "Totenhem” klubunun fanatının başına oyun açıb.

"Talk Sport xəbər verir ki, Londondakı Çempionlar Liqası matçını izləməyə gəlmiş "Ayaks” fanatı rəqib komandanın azarkeşi yuxuda olarkən onun formasına öz klubunun adını yazıb.

Belə ki, "Totenhem” formasında komandanın forma sponsoru olan AIA yazılsa da, qonaq fanat qarşı tərəfin yuxuda olmasından istifadə edərək bunu qırmızı marker qələmlə "Ajax” sözü ilə əvəzləyib.

Qeyd edək ki, görüşdə "Ayaks” 1:0 hesabı ilə qalib gəlib.

7News.Az

Xəbər lenti