Ayaqlarını və əllərini bağlayıb 6-cı mərtəbədən atdılar - DƏHŞƏT

Ayaqlarını və əllərini bağlayıb 6-cı mərtəbədən atdılar - DƏHŞƏT

İstanbulun Maltəpə bölgəsində iranlı fitness müəllimi əli və ayaqları bağlı şəkildə yaşadığı binanın bağçasında ölü vəziyyətdə tapılıb.

Hadisə dünən axşam saatlarında baş verib. Əfqanıstan vətəndaşı olduğu bildirilən 30 yaşlı Emin Ellahi adlı şəxs əlləri, ayaqları, ağzı bağlanaraq yaşadığı mənzilin altıncı mərtəbəsindən yerə atılıb. Emin Ellahinin fitnes müəllimi olduğu, 6 aydır burada yaşadığı bildirilib.

 

E.Ellahinin cənazəsi Məhkəmə Tibbi Ekspertizasına aparılıb.

Polis hadisə ilə bağlı geniş araşdırmaya başlayıb./metbuat


7News.Az

Xəbər lenti