Ayı avtomobili "qaçırıb", qəza törətdi - FOTO

Ayı avtomobili

ABŞ-ın Kolorado ştatının Boulder şəhərində maraqlı olay yaşanıb.

7News.Az Sputnik Türkiyəyə istinadla xəbər verir ki, Boluder mərkəzi polis idarəsinin rəsmi səhifəsinin sosial şəbəkədə yaydığı məlumata görə, meşəlik ərazidəki avtomobili "qaçıran" ayı qəza törədib.

Məlumatda bildirilir ki, ayı qapısı açıq qalan avtomobilə daxil olduqda anidən qapı bağlanıb. İçərdən çıxmağa çalışan ayı hərəkət etdikdə bədəni ilə sürət ötürücüsünün dəyişib.

Enişdə dayandığına görə neytraldan çıxaraq hərəkətə başlayan avtomobil ağaca çırpılıb. Ayı qaçmağı bacarıb, avtomobilə isə ciddi ziyan dəyib.

Ayı avtomobili

 

7News.Az

Xəbər lenti