“Azenko”nun baş müsahibindən borc qalmaqalına reaksiya: “Heç özüm maaşımı almamışam”

“Azenko”nun baş müsahibindən borc qalmaqalına reaksiya: “Heç özüm maaşımı almamışam”
"Azenko” şirkətinin "Energetik” klubuna sponsorluğu dayandırmasından sonra şirkətlə klub arasındakı maliyyə problemləri daha da böyüyüb.

Qaynarinfo xəbər verir ki, klubun prezidenti Ruslan Həmidov "Yeni Sabah”a açıqlamasında şirkətin onlara borclu olduğunu və bu borcu neçə müddət keçməsinə baxmayaraq, ödəmədiklərini bildirib:

"Deyəsən, bizim qalan əmək haqlarımızı vermək fikirləri yoxdur. Artıq futbolçular da dilə gəlib. Uşaqlar, uşaqların valideyinləri bir-birimizlə üz-göz olmuşuq. Bir-birlərinə zamin olub pul götürüblər. Bank da zəng edib valideyinləri narahat edir. Ölkə başçısına da, Mehriban xanıma da məktub yazacam ki, Azərbaycan vətəndaşlarının haqqı yeyilir. Bizim əmək haqqımızı niyə vermirlər? Müqaviləmiz olduğu dönəmdən olan pullarımız verilmir”.

İttiham edilən şirkətin baş mühasibi Ələsgər Məmmədəliyev isə açıqlamasında yaxın 3-4 gün ərzində qalıq borcların qaytarılacağını bildirib:

"Bu yaxın 3-4 gün içində pullar veriləcək. Verilməməsinin səbəbi şirkətin iqtisadi böhran yaşamasıdır. Mənim özüm də heç maaşımı almamışam. Həll olunacaq”.
 
 7News.Az

Xəbər lenti