Azərbaycan cüdoçuları Rumıniyada 1 qızıl, 3 bürünc medal qazanıblar

Azərbaycan cüdoçuları Rumıniyada 1 qızıl, 3 bürünc medal qazanıblar
Rumıniyanın Kluj şəhərində cüdo üzrə Avropa açıq kuboku yarışına start verilib. Beynəlxalq turnirdə mübarizə aparan qadın cüdoçularımız uğurlu nəticə əldə ediblər.
 
Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, 52 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Fransa, İspaniya, Kuba və Macarıstandan olan rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.
 
Daha 3 təmsilçimiz, Leyla Əliyeva, Ayşə Qurbanova (hər ikisi 48 kq), İçinxorloo Munxçedev (57 kq) Avropa kubokunun bürünc medalını qazanıb. 29 ölkədən 350 cüdoçunun mübarizə apardığı Kluj turnirinə iyunun 2-də yekun vurulacaq.

 

 
7News.Az

Xəbər lenti