Azərbaycan Gürcüstana satdığı qazın qiymətini qaldırdı

Azərbaycan Gürcüstana satdığı qazın qiymətini qaldırdı
Gürcüstanın əsas qaz təchizatçısı olan "SOCAR Georgia Gas" pərakəndə şəbəkənin kommersiya abunəçiləri üçün tarifləri artırır.

7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, martın 1-dən qüvvəyə minəcək yeni tarifə əsasən, qazın qiyməti 10,5 faiz artırılaraq ƏDV də daxil olmaqla 1 kub metrə görə 0,95 lari təşkil edəcək. 

SGG-nin yaydığı məlumatda qeyd edilir ki, qiymət dəyişikliyi milli valyutanın ABŞ dollarına nisbətdə məzənnəsinin və qaz paylanması tarifinin dəyişməsi ilə əlaqədardır.
 

7News.Az

Xəbər lenti