Azərbaycan “QAZ” avtomobillərinin istehsalına başlayacaq

Azərbaycan “QAZ” avtomobillərinin istehsalına başlayacaq

Yaxın zamanda Azərbaycanda "QAZ” markalı avtomobillər buraxan müasir istehsalat meydançası inşa olunacaq.

7News.Az xəbər verir ki, müəssisə Hacıqabul rayonunda fəaliyyət göstərəcək.

"QAZel NEXT” və "QAZel BİZNES” modellərinin, həmçinin, orta tonnajlı "QAZon NEXT” yük maşınlarının istehsalı planlaşdırılır. Bundan başqa, gələcək perspektivdə "QAZ” bazasında xüsusi texnikanın istehsalı nəzərdə tutulur.

Müəssisənin istehsalat həcmi ilə min kommersiya avtomobili olacaq. Müstəqil investorlar istehsalata 360 min manatdan çox sərmayə qoymağa hazırdırlar.

Əlavə istehsalat sexinin yaradılması haqqında qərar "Qorki Avtomobil Zavodu” "AzərMaş” ASC arasında aparılan danışıqlardan sonra aprel ayında qəbul olunub. İmzalanmış razılaşmalara görə, avtomobillərin konveyrdə yığımı üçün "QAZ” Hacıqabuldakı müəssisəni xüsusi maşın komplektləri ilə təchiz edəcək.

7News.Az

Xəbər lenti