Çox vaxt nümayiş xatirinə dəbdəbəli keçən toylarımıza yeni trend əlavə olunub. Artıq ailə quran xanımlar toyda 2 və ya 3 gəlinlik dəyişirlər. Nədənsə cütlüklər toy ərəfəsində əlavə şeylər üçün pul xərcləməyə üstünlük verirlər.

Ancaq həmin məbləğlə bəy və gəlin toydan sonra bir çox ölkəyə səyahət edə bilər. Səyahətin qazandıracağı üstünlüklər nümayişkaranə mərasim, əlavə xərc və qeyri-səmimi ab-havadan qat-qat artıqdır.

Xanımlar toyu üçün 3 ayrı gəlinlik seçib, birini nikahın bağlanmasında, digərini xına mərasimində, sonuncunu isə əyləcə hissəsində geyinirlər.

Lakin getdikcə daha da geniş yayılan bu tendensiyanın ailə budcəsinə xeyli ziyan vurur.

Sosioloq Əhməd Qəşəmoğlu Azərbaycan toylarında gəlinlər üçün yaranan bu yeni ənənənin müsbət hal olmadığını bildirir.

Onu da qeyd edək ki, bu yeni trend tək toylarda deyil digər özəl günlərdə də müşahidə olunur.