Braziliya yığmasında yeni baş məşqçi

Braziliya yığmasında yeni baş məşqçi

Amerika Kubokunda uğursuz çıxışına görə Braziliya yığma komandasının baş məşqçisi, 1994-cü ildə dünya çempionu olmuş yığmanın kapitanı Karlos Dunqa işdən azad edilib.

7News.Az-ın “Globo”ya istinadən verdiyi  məlumata görə, turnirdə komandanı qrupdan belə çıxarda bilməyən və bunun nəticəsində  istefaya göndərilən Dunqanın əvəzinə yığmanı “Korintians”ın baş məşqçisi, 55 yaşlı braziliyalı mütəxəssis Tite çalışdıracaq.

Xatırladaq ki Braziliya yığması qrupda üçüncü yerlə kifayətlənərək Amerika Kubokunun ¼ finalına  belə çıxa bilməmişdi.

Xəbər lenti