Azərbaycanda DƏHŞƏT: Nəvə 80 yaşlı nənəsini...

Azərbaycanda DƏHŞƏT: Nəvə 80 yaşlı nənəsini...
Mingəçevirdə 80 yaşlı qadının evinə basqın olub.

7News.Az xəbər verir ki, Hüquq-mühafizə orqanlarından Open.az-a verilən məlumata görə, fevralın 7-də Mingəçevir şəhəri Təbriz küçəsində yaşayan, 1939-cu il təvəllüdlü Züleyxa Bağırova polisə müraciət edərək fevralın 6-da 18 radələrində, nəvəsi, 1989-cu il təvəllüdlü Tural İsgəndərovun tanımadığı bir nəfərlə birlikdə onun yaşadığı evə daxil olaraq zor tətbiq edib və evdə olan 3000 manat pulu götürərək getdiyini bildirib.

Müraciət əsasənda hadisə yerinə baxış keçirilib, zərərçəkənin izahatı alınıb və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 180.1-ci (özgənin əmlakını açıq talama) maddəsi ilə cinayət işi başlanıb.
 

7News.Az

Xəbər lenti