RU
lombard
Azərbaycanda dəhşətli cinayət: qardaş və bacıya təcavüz edildi
15:40
6705

Azərbaycanda dəhşətli cinayət: qardaş və bacıya təcavüz edildi

Xaçmaz rayonunda təcavüzə uğrayan yetkinlik yaşına çatmayan qızın qardaşına da qarşı seksual xarakterli hərəkətlər edilib.

 

Hadisə Xaçmaz rayonunda baş verib. Rayon ərazisində yetkinlik yaşına çatmayan qızın həmyerlisi İlkin Babayev tərəfindən təcavüz edilməsi ilə bağlı məlumat vermişdik.

Məlumata görə, İlkin Babayev daha sonra təcavüzə uğrauan qızın qardaşı ilə də zorla qeyri-təbii yolla cinsi əlaqədə olub.

İlkin Babayev təcavüzə məruz qalan azyşalıların yaxın qohumları olduğu bildirilir.

İstintaq orqanı tərəfindən Babayev İlkin Vəzir oğluna qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Onun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Rasim Sadıxovun icraatına verilib.

Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə başlanacaq.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ