Azərbaycanda Çeçenistan vətəndaşının öldürülməsi ilə bağlı YENİ XƏBƏR

Azərbaycanda Çeçenistan vətəndaşının öldürülməsi ilə bağlı YENİ XƏBƏR
Dünən axşam saatlarında Sumqayıt şəhərində Çeçenistan vətəndaşının qətlə yetirilməsi hadisəsi ilə bağlı cinayət işi açılıb.

Sumqayıt şəhərinin sənaye zonasında, Gübrə zavodunun yaxınlığında Rusiya Federasiyası Çeçenistan Respublikasının vətəndaşı 1975-ci il təvəllüdlü Bislan Bakayevin bıçaqlanaraq öldürülməsi hadisəsi ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş açılıb.

Artıq hadisəni törədən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, B.Bakayev ürək nahiyəsindən 1 və qulaq hissəsindən 2 bıçaq yarası alıb.

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

publika.az
 
 

7News.Az

Xəbər lenti