Azərbaycanda gənc oğlan məsciddə öldü - SƏBƏB

Azərbaycanda gənc oğlan məsciddə öldü - SƏBƏB
Sabunçu rayonunda məsciddə ölüm hadisəsi baş verib.

7News.Az-ın trend-ə istinadla verdiyi mənlumata görə, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi 15 ünvanında yerləşən Cümə Məscidində qeydə alınıb.

19 yaşlı Müstəqim Masizadə oktyabrın 9-da axşam saatlarında məsciddə elektrik çaydanını götürərkən çaydanın elektrik hissəsi açıq olub. Çaydanın açıq elektrik hissəsindən tutarkən onu cərəyan vurub. O, hadisə yerində dünyasını dəyişib.

 

7News.Az

Xəbər lenti