RU
lombard
Azərbaycanda koronavirusa yoluxanların ən çox olduğu bölgə açıqlandı - RƏSMİ
18:05
402

Azərbaycanda koronavirusa yoluxanların ən çox olduğu bölgə açıqlandı - RƏSMİ

"Ölkədə koronavirusa yoluxma ən çox Bakıda qeydə alınıb”.

7News.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

"Yoluxanların 47,4 faizi Bakı, 10,8 faizi Aran, 9,8 faizi Lənkəran, 8,1 faizi Abşeron, 1,4 faizi Quba-Xaçmaz, 1,1 faizi Yuxarı Qarabağ, 0,8 faizi Dağlıq Şirvan, 0,7 faizi Şəki-Zaqatala, 0,1 faizi Naxçıvanın payına düşür”, - deyə sədr bildirib.

O qeyd edib ki, koronavirusa yoluxanların 6,9 faizi xaricdən gələnlərdir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ