Azərbaycanda küləyin sürəti 28 metrə çatdı - FAKTİKİ HAVA

Azərbaycanda küləyin sürəti 28 metrə çatdı - FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hazırda respublika ərazisində müşahidə olunan və gözlənilən küləkli hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 7News.Az-a verilən məlumata görə oktyabrın 7-si şimal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində şimal-qərb küləyi əsib və bir sıra rayonlarda güclənib. Küləyin maksimal sürəti Tovuz, Naftalanda 28, Tərtərdə 26, Bərdədə 25, Balakəndə 24, Ağstafa, Ağdamda 22, Gəncədə 20, Mingəçevir, Gədəbəy, Şəkidə 18, Şabranda 16 m/s-yə çatıb.

Bakıda və Abşeron yarımadasında saat 12:00-a olan məlumata görə küləyin maksimal sürəti 16-22 m/s təşkil edir, dalğanın hündürlüyü 3 metrədək yüksəlib.

Oktyabrın 7-də gün ərzində küləyin maksimal sürətinin 25-30 m/s, bəzi yerlərdə isə 33-35 m/s-dək güclənəcəyi gözlənilir. Gecə saatlarında küləyin sürəti 15-20 m/s, arabir 23 m/s olacaq, səhər isə mülayimləşəcək.
 

7News.Az

Xəbər lenti