Azərbaycanda pensiyaların artırılması üçün “yol xəritəsi” hazırlanır

Azərbaycanda pensiyaların artırılması üçün “yol xəritəsi” hazırlanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılacaq islahatların, atılacaq addımların növbəti beş illik dövrü üçün yol xəritəsi hazırlanır. 

7News.Az xəbər verir ki, bu məqsədlə müvafiq təkliflərin hazırlanması üçün nazirlikdə İşçi Qrupu fəaliyyət göstərir və bu işlərə beynəlxalq ekspertlər də cəlb edilib.

Prezident İlham Əliyevin tapşırığına əsasən, aparılan islahatların bir istiqaməti də pensiya sisteminin təşkmilləşdirilməsi işləri çərçivəsində minimum və orta pensiyanın artım tempinin davam etdirilməsi məqsədi daşıyır.

Nazirlikdən qeyd olunub ki, hazırda ölkədə 1,3 milyon pensiyaçı var. Onlardan 58,3 faizi yaşa görə, 30,1 faizi əlilliyə görə, 11,6 faizi ailə başçısını itirməyə görə pensiya alır. Ötən il əmək pensiyalarının orta aylıq məbləğində 6,8 faiz, o cümlədən, yaşa görə əmək pensiyalarının məbləğində 7,3 faiz artım qeydə alınıb.

7News.Az

Xəbər lenti