RU
lombard
Azərbaycanda ŞOK HADİSƏ: Koronavirusa yoluxan həkim evdə öldü
16:03
640

Azərbaycanda ŞOK HADİSƏ: Koronavirusa yoluxan həkim evdə öldü

Mingəçevirdə koronavirusa yoluxan həkim vəfat edib.

7News.Az publika.az-a istinadən xəbər verir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkimlərindən olan travmatoloq-ortoped Qarayev Əlipənah Hüseyn oğlu 3 iyul tarixində axşam saatlarında yaşadığı evdə vəfat edib. 

Məlumata görə, bir müddət öncə COVID-19 virusuna yoluxaraq xüsusi karantin xəstəxanalarının birində müalicə almış, bu təhlükəli virusa qalib gəlmiş və son yoxlanışdan sonra koronavirus testi neqativ çıxmış həkim Əlipənah Qarayev müalicədən sonra kontrol nəzarət üçün evdə saxlanılırdı. Bir neçə il əvvəl kəskin ürək infarktı olmuş və açıq ürək əməliyyatı keçirmiş Əlipənah həkimin koronavirusa qalib gəlməsinə baxmayaraq, dünən qəfil ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.

 

 7News.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ