Azərbaycanda “təhlükəsiz internet” mexanizmi yaradılır

Azərbaycanda “təhlükəsiz internet” mexanizmi yaradılır

Parlamentin fevralın 19-da keçirilən növbəti plenar iclasında "Gənclər siyasəti haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. 

7News.Az xəbər verir ki, qanun layihəsi barədə parlamentin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev məlumat verib.

Onun sözlərinə görə, dəyişikliklərdə qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanları 18 yaşınadək şəxslərin mənəvi-əxlaqi tərbiyəsini, onların fiziki və psixi sağlamlığına təhlükə yaradan zərərli informasiyalardan qorunmasını təmin etmək üçün "təhlükəsiz internet” mexanizminin yaradılmasını təmin edəcəklər.

O deyib ki, bundan əlavə, ölkədə 18 yaşınadək şəxslərin idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək. 

Dəyişikliklər ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

7News.Az

Xəbər lenti